Apreldə bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb

15:04 | 13.05.2024
Apreldə bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb

Apreldə bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb

Apreldə manna və qarabaşaq yarmalarının, makaronun, təzə balığın, südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, qozun, fındığın, pomidorun, xiyarın, göyərtinin, badımcanın, kartofun qiyməti əvvəlki ayla müqaiyəsədə ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Apreldə həmçinin  limonun, bananın, almanın, armudun, kivinin, şabalıdın, ağ kələmin, şirin bibərin, süfrə çuğundurunun, sarımsağın qiymətlərində artım olub. 
 
Ümumilikdə qeyri-qida məhsulalrında artım müşahidə olunmayıb. 
 
Ötən ayda əhaliyə göstərilən xidmətlərin qiymətində də martla müqayisədə 0,3% artım olub. 
 
Apreldə xidmətlər arasında həmçinin respublikadaxili istirahət turlarının, tibbi, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinin qiymətlərində bahalaşma olub. 
 
Digər ödənişli xidmətlərdə qiymət artımı olmayıb. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM