Dövlət İmtahan Mərkəzi aprelin 7-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
DİM-dən Anews.az-a verilən məlumata görə, imtahanlarda iştirak etmiş şəxslər DİM-in internet saytında imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !