Nazir Aqil Abbasın rəis oğluna töhmət verdi - SƏBƏB - YENİLƏNİB

14:03 | 17.01.2022
Nazir Aqil Abbasın rəis oğluna töhmət verdi - SƏBƏB - YENİLƏNİB

Nazir Aqil Abbasın rəis oğluna töhmət verdi - SƏBƏB - YENİLƏNİB

"Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb".

Anews.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinə rəisi Elşad Hacıyev özünün feysbuk səhifəsində yazıb.
 
 --------------
Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib. Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir.

Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb