Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsinə rəis təyin olunub.Bu barədə Müdafiə Nazirliyi bildirib.
Nazirliyin saytında yer alan məlumata görə, Aqil Qurbanov Prezident İlham Əliyevin 2023 cü il fevralın 27- də imzaladığı Sərəncamla müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinə rəis təyin edilib.
Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub.
2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb.
2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.
2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub.
Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
09.12.2022-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !