Azərbaycan Respubkilasının Prezidenti cənab
İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində
Azərbaycanın bütün regionlarında sahibkarlığın inkişafı, xüsusən də dayanıqlı
iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atılmışdır.
Sərbəst bazar münasibətlərinə, özünütənzimləmələrə
əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və yüksək rifahına
hesablanmış müxtəlif layihələrin, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən
qorunması kimi nəcib işlər xüsusilə aktualdır. Hazırda bu nəcib missiyanı yüksək
mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata
keçiriən insanlar arasında Azərbaycanın birici vitse-prezidenti Mehriban
xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həsasas münasibəti Azərbaycan
xalqı tərəfindən yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev tərəfindən davamlı
olaraq həyata keçirilən kompleks islahatlar, inzibati prosedurların sadələşdirilməsi,
qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması tədbirləri
və institutsional dəstək mexanizmlərinin tətbiqi iqtisadiyyatın inkişafını daha
da sürətləndirmişdir. Bunun nəticəsidir ki, ölkədə sahibkarlıq fəaliyyəti inkişaf
edir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri
yaradılır, rəqabətqabiliyyətli məhsul istehsalı imkanları genişlənir, özəl bölmənin
ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır.
Bu konfransda Azərbaycanla Asiya İnkişaf Bankı
arasında qarşılıqlı faydalı əməkdaşlıq məsələləri, Azərbaycanın kənd təsərrüfatının
inkişafı, peşə təhsili, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, bərpa
olunan enerji layihələrinin həyata keçirilməsi, dəmir yolu sisteminin təkmilləşdirilməsi
və s. infrastruktur layihələrlə bağlı məsələlər müzakirə olunmuşdur. Həmin
görüşdə Prezident cənab İlham Əliyev Asiya İnkişaf Bankının Azərbaycanın
dayanıqlı inkişafına infrastruktur layihələrlə bağlı böyük töhfə verdiyini, Azərbaycan
və Asiya İnkişaf Bankı son 20 ildə olduğu kimi, bundan sonra da iqtisadiyyatın
bir çox sahələrində sıx şəkildə işləməyə davam ediləcəyini vurğulamışdır.
Konfransda səslənən məsələlərin icrası olaraq 2020-ci
ilin iyun ayının 24-də "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan
Kredit Təşkilatının ("Aqrarkredit” QSC)
rəhbərliyi ilə Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbərliyi
arasında video konfrans keçirilmişdir.
Video konfransıın əsas məqsədi "Aqrarkredit”
QSC ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın qurulması, gələcək
perspektivdə bir sıra layihələrin birgə icrası olmuşdur.
Qeyd edək ki, "Aqrarkredit” QSC ölkədə
iqtisadi fəallığın və əhalinin rifah halının yüksəldilməsinə köməklik göstərmək,
qeyri-neft sektorunun, xüsusi ilə kənd təsərrüfatının inkişafına töhvə vermək məqsədilə
real sektorda, o cümlədən kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və
orta sahibkarıq subyektlərinə kredit xidmətini genişləndirmək məqsədilə beynəlxalq
əməkdaşlığa xüsusi önəm verir.
Görüş zamanı "Aqrarkredit” QSC-nin İdarə Heyətinin
Sədri Məmməd Musayev çıxışında "Aqrarkredit” QSC-nin ölkənin kənd təsərrüfatına
kredit xidməti göstərən ən böyük maliyyə qurumlarından biri olduğunu qeyd etdi
və onun son illərdəki fəaliyyəti barədə ətraflı məlumat verdi. Kredit Təşkilatı
fəaliyyətində Beynəlxalq Maliyyə qurumları, xarici ölkələrin Maliyyə Təşkilatları
və onların Azərbaycan nümayəndələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət vediyini
bildirən Məmməd Musayev Kredit Təşkilatının beynəlxalq əlaqələrdə böyük təcrübəyə
malik olduğunu, bir çox kənd təsərrüfatı layihələrin icrasını uğurla başa
vurduğunu, elə bu çərçivədə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq etmək niyyətində
olduqlarını vurğuladı.
Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin
rəhbəri cənab Nariman Mannapbekov isə çıxışında birgə layihələrin həyata
keçirilməsi üçün ölkədə münbit şəraitin mövcud olduğunu vurğuladı. Bu aspektdə Asiya
İnkişaf Bankı olaraq "Aqrarkredit” QSC ilə gələcək əməkdaşlığa önəm verdiklərini
və Kredit Təşkilatının fəaliyyəti barədə son illərin maliyyə hesabatları ilə
daha yaxından tanış olmaq istədiklərini bildirdi.
İclasın nəticəsinə əsasən tərəflər arasında 10 gün sonra yeni görüşün keçirilməsi və əməkdaşlıq barədə memorandum imzalanmasının məqsədəuyğunluğu vurğulandı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !