• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA 249 müəssisədə nöqsanlar aşkarlayıb

AQTA 249 müəssisədə nöqsanlar aşkarlayıb
07.06.2024 16:05
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 249 müəssisədə nöqsanlar aşkarlayıb. Bu barədə AQTA-da məlumat verilib. 
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 13-dən etibarən 250 dönər satışı həyata keçirən qida obyektində monitorinqlər keçirib.

Monitorinqlər zamanı qida obyektlərinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qiymətləndirilib. Bir müəssisədə vəziyyət qənaətbəxş hesab olunub, 249 müəssisədə isə bir sıra nöqsanlar aşkarlanıb.

152 müəssisədə götürülən 207 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkarlanmayıb.

Eyni zamanda sınaq nəticəsi uyğunsuz çıxan qida obyektlərində yoxlama aparılması üçün Ədliyyə Nazirliyinin "Yoxlamaların Vahid Məlumat Reyestri”ndən ümumillikdə 30 çıxarış alınıb. Aşkarlanmış nöqsanlarla bağlı 23 müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
 
Eyni zamanda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkarlanıb ki, bununla əlaqədar 10 müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması, 5 müəssisədə isə işçi heyətin üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol