• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

AQTA-dan sahibkarlara XƏBƏRDARLIQ

AQTA-dan sahibkarlara XƏBƏRDARLIQ
08.10.2020 22:00
Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması müharibə dövrünün şərtlərinə uyğun olaraq bizlərdən xüsusi yanaşma və  məsuliyyət tələb edir. Hazırda cəbhə bölgəsində ağır döyüşlərin getdiyi bir vaxtda sağlamlığını itirən, yaralanan və tibbi yardıma ehtiyacı olan əsgərlərimizin olduğunu nəzərə alaraq, digər mühüm sahələrlə yanaşı, qida sahəsində göstərilən xidmət və fəaliyyətlər zamanı da xüsusi məsuliyyət və cavabdehlik hissi nümayiş etdirilməlidir.


Koronavirusun daha geniş yayılmaması və xəstəliyin qarşısının alınması məqsədilə səfərbər olunmuş qüvvə və vasitələrin bölünməməsi üçün hər bir vətəndaş diqqətli olmalı, bu sahədə mövcud qanunvericiliyin tələblərinə əməl etməlidir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.


Anews.az xəbər verir ki, AQTA əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən əslində çox sadə və icrası asan olan aşağıdakı  qaydalara əməl edilmədiyi müşahidə olunur:


işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi;


qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması;


masalar və oturacaqlar arasında müəyyən olunmuş məsafə ilə bağlı tələblərə əməl olunmaması;


ictimai iaşə müəssisələrinin girişində və masaların üzərində dezinfeksiyaedici vasitələrin yerləşdirilməməsi;


qida ilə birbaşa təmasın aradan qaldırılması üçün işçi heyətin fərdi qoruyucu vasitələrdən istifadə etməməsi;


Həmçinin  aparılan monitorinqlər zamanı yuxarıda qeyd olunan nöqsanlarla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarları və metodiki göstərişlərində əksini tapan bir sıra digər qayda və tələblərə əməl olunmadığı aşkar görünür. Dövlət başçısının rəhbərliyi altında COVID-19 pandemiyasına qarşı aidiyyəti qurumların birgə apardığı mübarizə tədbirləri nəticəsində əldə olunmuş epidemioloji sabitliyin qorunub saxlanılması və bu müsbət tendensiyanın davam etdirilməsi, xəstəliyin yayılmasına imkan verməmək üçün hər birimiz bir nöqtəyə vurmalı, gözlə görünməyən düşmənlə birlikdə mübarizə aparmalıyıq.


Bununla əlaqədar, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək onları elan olunmuş hərbi vəziyyəti nəzərə almaqla, xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün öz peşəsini layiqincə yerinə yetirməyə çalışan insanlarla həmrəy olmağa dəvət edirik.


Unutmaq olmaz ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu tarixi günlərdə arxa cəbhədə hər bir vətəndaş ön cəbhədə böyük rəşadətlə xalqımızın haqq mübarizəsində qələbə naminə inamla irəliləyən Ordumuza əməli fəaliyyəti ilə dəstək nümayiş etdirməli və şanlı qələbəmizə öz töhfəsini verməlidir. 


Tanrı Azərbaycanı və Azərbaycan əsgərini qorusun!

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:35
Faktiki hava açıqlanıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 00:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 21:29
Xəzər dənizində zəlzələ olub
Faktiki hava açıqlanıb
Cəmiyyət 20:33
Faktiki hava açıqlanıb
Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirilib,saxlanılanlar var
Cəmiyyət 19:24
Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirilib,saxlanılanlar var
Sabirabadda 3 gün əvvəl göldə batan şəxsin meyiti tapılıb
Cəmiyyət 18:29
Sabirabadda 3 gün əvvəl göldə batan şəxsin meyiti tapılıb
Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - Video
Cəmiyyət 17:16
Astarada itkin düşən balıqçıların axtarışı davam etdirilir - Video
DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
Cəmiyyət 14:30
DİM-dən köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:25
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol