AQTA kənd təsərrüfatı məhsullarının Rusiyaya buraxılmamasının səbəblərin bildirib

14:34 | 21.06.2019
AQTA kənd təsərrüfatı məhsullarının Rusiyaya buraxılmamasının səbəblərin bildirib

AQTA kənd təsərrüfatı məhsullarının Rusiyaya buraxılmamasının səbəblərin bildirib

Müxtəlif vaxtlarda Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının Rusiyanın  Federal Xidmətinin əməkdaşları tərəfindən ölkəyə buraxılmaması ilə bağlı məlumatlar yayılır.

Məsələn, mediada yayılan məlumatlarda Azərbaycandan Rusiyaya ixrac edilən 15.5 ton pomidorun, 21 ton soğanın və tonlarla kartofun, eyni zamanda, digər kənd təsərrüfatı məhsullarının geri qaytarıldığı deyilir.

Bəs görəsən yazılanlar həqiqətə uyğundurmu?

Anews.az-ın sorğusuna cavab olaraq, Qida Təhlükəsizlik Agentliyi bildirdi ki, 2019-cu ilin yanvar ayının 1-dən bu günədək Azərbaycandan 20 min 565 nəqliyyat vasitəsində müxtəlif bitki və bitkiçilik məhsulları müxtəlif ölkələrin ərazisinə ixrac olunub.  Onlardan yalnız 2 nəqliyyat vasitəsi geri qaytarılıb.

Agentlik qeyd edib ki, Nəqliyyat vasitəsinin biri yol sənədləri tam olmaması səbəbindən qaytarılıb. Həmin avtonəqliyyat vasitəsinin sənədləri qaydasına salınaraq məhsul yenidən ixrac olunub.

Digər nəqliyyat vasitəsində isə fitosanitar uyğunsuzluq aşkar edildiyi bildirilib.

AQTA əməkdaşları tərəfindən yükə yenidən baxış keçirilib. Eyni zamanda nəqliyyat vasitəsindəki məhsullardan götürülən nümunələrin nəticəsində həm bitki mühafizəsi, həm də insan orqanizmi üçün təhlükəli hal aşkar edilmədiyi üçün məhsulların istifadəsinə icazə verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb