• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA sədri Fransada səfərdədir

AQTA sədri Fransada səfərdədir
20.05.2023 16:22
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələrinin Ümumdünya Assambleyasının 90-cı Baş Sessiyasında iştirakla bağlı Fransada işgüzar səfərdədir.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl Subainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Q.Təhməzli dövlət başçısı tərəfindən aparılan institusional islahatlar, ölkəmizdə vahid qida təhlükəsizliyi sisteminin formalaşdırılması və bu xüsusda yaradılan Agentliyin missiyası və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. AQTA sədri bildirib ki, Agentlik ölkədə qida təhlükəsizliyinə nəzarət, insanların sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində mühüm işlər həyata keçirir.

Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl Subaini Azərbaycanda qida təhlükəsizliyi sahəsində vahid sistemin formalaşdırılması və əldə olunmuş nəticələri müsbət qiymətləndirərək bunun digər ölkələr, həmçinin Qətər Dövləti üçün də nümunə olacağını diqqətə çatdırıb. Bu sahədə iki ölkə arasında gələcəkdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Görüş zamanı baytarlıq sertifikatlarının razılaşdırılması, heyvan mənşəli məhsulların ixrac prosedurları, ixrac potensiallı məhsullar üzrə əməkdaşlığın həyata keçirilməsi, yaxın gələcəkdə elektron sertifikatların mübadiləsi ilə bağlı məsələlər müzakirə mövzusu olub.
Eyni zamanda, görüş çərçivəsində qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində əməkdaşlıq uzrə müqavilə hüquqi bazanın yaradilması üçün müvafiq istiqamətlər üzrə müqavilə layihələrinin hazırlanaraq imzalanması üzrə işlərin davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Fransaya 20-22 may tarixlərini əhatə edən işgüzar səfəri çərçivəsində bir sıra digər mühüm görüşləri də baş tutacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol