• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA və MEDİA jurnalistlər üçün təlim keçirib

AQTA və MEDİA jurnalistlər üçün təlim keçirib
09.09.2023 11:31
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə media subyektlərinin nümayəndələri üçün təlim keçirilib. "Qida zəncirinin əsas mərhələlərindən biri olan qida məhsullarının daşınması xidmətinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu” mövzusunda təşkil olunan təlimdə 30-a yaxın jurnalist iştirak edib. 




Təlim qida məhsullarının daşınmasının müvafiq tələblərə uyğun həyata keçirilməsi, bu zaman sanitar-gigiyenik qaydalara, xüsusi temperatur rejiminə, mal qonşuluğu, eləcə də soyuq və isti zəncir prinsiplərinə əməl olunması və burada ictimai nəzarətin əhəmiyyətinə həsr olunur. 


Təlimin açılış mərasimində çıxış edən AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qida sahəsində dövlət tənzimlənməsi və nəzarət tədbirləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması, maarifləndirmə işi əsas strateji xətt kimi seçilib. Qida məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi istehlakçıların həyat və sağlamlığı baxımından olduqca vacibdir. Şöbə müdiri qeyd edib ki, məhz bu nöqteyi-nəzərdən qida zəncirinin əsas mərhələlərindən biri kimi mühüm əhəmiyyət kəsb edən qida məhsullarının daşınması ilə bağlı Agentlik tərəfindən MEDİA ilə birgə həyata keçirilən təlim ictimai nəzarətin təmin edilməsi, media nümayəndələrinin peşəkar bilik və bacarıqlarının artırılması baxımından öz töhfəsini verəcəkdir. 


MEDİA-nın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə media nümayəndələrinin peşəkarlığının artırılması və müvafiq sahədə mütəxəssislərin hazırlanması üzrə peşəkar və sahəvi jurnalistika təlimlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Təlimlərin jurnalistlərin inkişafı üçün səmərəliliyinə toxunan Natiq Məmmədli AQTA tərəfindən növbəti belə tədbirin təşkil edilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.


Təlimdə AQTA-nın Aparat rəhbəri Elxan Mikayılovun "Qida zəncirinin mühüm mərhələlərindən biri olan qida məhsullarının daşınması və çatdırılması zamanı əməl edilməsi vacib qaydalar, qanunvericilik və Agentlik tərəfindən həyata keçirilən tənzimləmə işləri”, Qeydiyyat və reyestrlərin aparılması şöbəsinin müdiri Əkbər Əliyevin "Qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, qeydiyyatın əhəmiyyəti və sahibkarlar üçün yaratdığı imkanlar”, Qida zəncirinə nəzarət şöbəsinin müdiri Elşad Cəbrayılovun "Daşınma və çatdırılma zamanı aşkarlanan uyğunsuzluqlar və Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri”, İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevin "Qida məhsullarının daşınması sahəsində fəaliyyətin qanunvericiliyə uyğun tənzimlənməsində ictimai nəzarətin rolu” mövzusunda təqdimatlarla çıxış edib. Həmçinin mövzular ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb. Sonda təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub.


Qeyd edək ki, təlimin keçirilməsində məqsəd qida məhsullarının daşınması və çatdırılması xidmətlərinin tənzimlənməsi və bu sahədə ictimai nəzarətin rolu barədə jurnalistlərin peşəkarlığının, bu sahədə biliklərinin artırılması və ictimai nəzarətin gücləndirilməsidir.











www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Əliyev: İşlə təmin olunanların sayı 3,4 dəfə artıb
Cəmiyyət 10:24
Anar Əliyev: İşlə təmin olunanların sayı 3,4 dəfə artıb
Anar Əliyev: İşsizlikdən sığorta ödənişi alanların sayı 16 min nəfərə çatacaq
Cəmiyyət 10:19
Anar Əliyev: İşsizlikdən sığorta ödənişi alanların sayı 16 min nəfərə çatacaq
Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib, Məleykə Abbaszadə yeni rektor təyin olunub
Cəmiyyət 10:06
Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib, Məleykə Abbaszadə yeni rektor təyin olunub
Vəkil Orxan Kəngərli polis tərəfindən saxlanılıb
Cəmiyyət 09:21
Vəkil Orxan Kəngərli polis tərəfindən saxlanılıb
Türkiyə məhkəməsi İmamoğluna iki il bir ay həbs və siyasi fəaliyyət qadağası verib
Cəmiyyət 22:44
Türkiyə məhkəməsi İmamoğluna iki il bir ay həbs və siyasi fəaliyyət qadağası verib
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:19
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Cəmiyyət 20:37
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Cəmiyyət 20:15
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Cəmiyyət 19:36
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol