Aralıq dənizində dəhşət: 3400 ölü

13:13 | 11.12.2014
Aralıq dənizində dəhşət: 3400 ölü

Aralıq dənizində dəhşət: 3400 ölü

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) açıqlamasına görə, 2014-cü ildə Avropaya dəniz yolu ilə çatmağa çalışan qaçqınların 3419-u boğularaq ölüb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, bu ilin yanvar ayından bu yana dəniz vasitəsilə 207 min insan Avropaya qaçmağa cəhd edib. Müşahidəçilər "Ərəb Baharı" kimi tanına inqilab və qeyri-sabitlik prosesinin başladığı 2011-ci ildə bu rəqəmin təxminən 70 min olduğuna diqqət çəkib.

UNHCR mütəxəssisləri artan ölüm sayına görə Aralıq dənizini "dünyanın ən təhlükəli yeri" kimi xarakterizə edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM