Araz Ağalarov: "Emin hər həftə onların yanına uçur"

13:30 | 12.07.2015
Araz Ağalarov:

Araz Ağalarov: "Emin hər həftə onların yanına uçur"

Oğlu Eminlə Leyla Əliyevanın boşanmasına keçən ay münasibət bildirərən Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bu barədə bir daha danışıb. ANS PRESS-in məlumatına görə, "Crocus" şirkətlər qrupunun prezidenti dost olaraq qaldıqlarını bəyan edərək birlikdə boşanma qərarı verən cütlüyün münasibətlərinin çox yaxşı olduğunu açıqlayıb.

"Eminlə Leyla əvvəllər olduğu kimi çox yaxşı münasibətlərini saxlayıblar. Onlar uşaqlarını birlikdə tərbiyə edirlər. Leyla və əkizlərin harada olmasından asılı olmayaraq o, hər həftə onların yanına uçur" - deyə, o "Komsomolskaya Pravda"ya müsahibəsində bildirib.

Araz Ağalarov oğlunun şəxsi həyatında baş verən bu hadisəni ilk dəfə şərh edərkən təəssüfləndiyini bildirmişdi: "Mən çox təəssüf edirəm ki, belə alındı. İkisi də mehriban, pozitiv insanlardır. Görünür, nə isə alınmadı".

Əslində keçmiş cütlüyün münasibətlərinin çox gözəl olduğu Emin Ağalarovun 27 iyunda baş tutan son konsertində öz təsdiqini tapdı. Leyla Əliyeva uşaqlarının atasının Nardaranda yerləşən 5 ulduzlu otelində yay mövsümünün açılışı münasibətilə verdiyi konsertinə bacısı Arzu Əliyeva və kürəkənləri Səməd Qurbanovla birlikdə tamaşa etməyə gəlmişdi. Sözügedən konsertdə səhnəyə çıxan EMİN, Leylanın konsertində olduğunu elə səhnədə elan etmişdi. Emin hətta "Leyla, sən çox gözəl, şık görünürsən əzizim" deyərək, ona kompliment də etmişdi. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM