ANN.Az Axşam.az-a istinadən xəbər verir ki, körpünün layihəsini Moskvanın qubernatoru Andrey Vorobyovun sifarişi ilə Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov hazırlayıb. Körpü “Krasnoqorska” mikrorayonu ilə “Crocus City” olan ərazini birləşdirir. A.Ağalarov körpünü rəhbərlik etdiyi “Crocus Group”un maddi hesabı ilə tikdirdiyini bildirib:
“İnsanlar bu körpü vasitəsilə 5-10 dəqiqəyə metroya çata biləcəklər. Bizim üçün bu layihə bir məsuliyyət idi. Bu körpünün dünyada analoqu yoxdur. Piyadalar üçün bu qədər böyük bir körpü hələ heç yerdə tikilməyib”. İş adamı, eyni zamanda yaxın günlərdə yeni bir ticarət mərkəzi açacaqlarını da vurğulayıb. Uzunluğu 430 metr olan körpünün hündürlüyü 14,5 metrdir. A.Ağalarov onun tikintisi üçün 17 milyon manatdan çox pul xərcləyib.ANN.Az