Araz Ağalarov Rusiyada stadion tikir - FOTOLAR

12:19 | 22.03.2014
Araz Ağalarov Rusiyada stadion tikir - FOTOLAR

Araz Ağalarov Rusiyada stadion tikir - FOTOLAR

Futbol üzrə 2018-ci ilin Dünya çempionatı üçün Rusiyanın Rostov şəhərində stadion tikmək hüqunu azərbaycanlı milyarder Araz Ağalarova məxsus “Crocus Group” şirkətinə verilib.

Musavat.com-un “Novaya qazeta”ya istinadən verdiyi məlumata görə, infrastruktur layihələrini həyata keçirəcək şirkətlər müsabiqə yolu ilə seçilmir, icra hakimiyyəti orqanları onları özləri təyin edirlər. Bu barədə göstərişi Rusiya prezidenti Vladimir Putin verib.Araz Ağalarova 2018-ci ilin Dünya çempionatı üçün iki arenanın inşa edilməsi işi tapşırılıb. Bunlardan biri Rostovda - Don çayının sol sahilində, digəri isə Kalininqraddadır. Azərbaycanlı milyardel stadionların tikintisi hüququ uğrunda mübarizədə Ziyaudin Məhəmmədov və Oleq Deripaskiyə qalib gəlib.Araz Ağalarov bir sıra ambisioz layihələrlə tanınır. Onların arasında Rusiyanın ilk özəl metro stansiyas olan “Myakinino” və Avropanın ən böyük oteli, 1000 nömrəlik 51 mərtəbəli “Holiday İnn” də var.“Forbs” jurnalı 2013-cü ilin martında Araz Ağalarovun sərvətinin 1,8 milyard dollar olduğunu açıqlayıb. Bu göstərici ilə o dünyaza 831-ci, Rusiyada isə 40-cı yeri tutub.Qeyd edək ki, Rostovdakı stadion 45 min nəfərlik olmalıdır. Artıq obyektin layihə-smeta sənədləri hazırdır. Tikintinin 2014-cü ilin ikinci rübündə başlanacağı gözlənilir.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb