Araz Ağalarovdan 19 milyardlıq müqavilə - FOTO

17:31 | 27.12.2014
Araz Ağalarovdan 19 milyardlıq müqavilə - FOTO

Araz Ağalarovdan 19 milyardlıq müqavilə - FOTO

Rusiyanın Nəqliyyat Nazirliyi futbol üzrə 2018-ci il dünya çempionatının keçirilməsi üçün Rostovda stadionun tikintisinə dair azərbaycanlı milyarder Araz Ağalarovla müqavilə bağlayıb.

ANN.Az Virtualaz.org saytına istinadən xəbər verir ki, müqavilənin dəyəri 19 milyard rubldur. Müqavilədə Rusiyanın Nəqliyyat Nazirliyi dövlət sifarişçisi qismində çıxış edir, Araz Ağalarovun "Crocus İnternational” şirkəti isə 45 min tamaşaşı yerinə malik stadionun tikinti-montaj işlərinin yerinə yetirilməsini üzərinə götürən baş podratçıdır.

Nəqliyyat Nazirliyi adından müqaviləni "Sport-İnjinirinq” idarəsinin rəisi Dmitri Popov imzalayıb.

Hazırda ərazinin tikintiyə hazırlanması işlərinin birinci mərhələsi başa çatdırılıb. Rostov stadionunda dünya çempionatının 8/1 və 4/1 final oyunları keçiriləcək.

"Crocus İnternational” Rusiyanın ən iri devoloper şirkətlərindən biridir, dövlət sifarişi ilə həyata keçirdiyi ən iri layihə Vladivostokda, Rus adasında Uzaq Şərq Universiteti şəhərciyidir.

Şirkət Moskva Dairəvi Avtomobil Yolunun tikintisinə dair tenderlərə qatılaraq ən aşağı qiymət təklif etsə də komissiya şirkətin yol layihələrində yetərli təcrübəsinin olmadığını iddia edərək onu tenderə buraxmayıb.
 
 
 
 
Bununla belə "Crocus” 2018-ci il dünya çempionatı üçün Kalininqradda tikiləcək 60 minlik stadionun da baş podratçısıdır.

"Crocus İnternational” şirkəti Rusiya hökumətinin 28 mart, 2014-cü il tarixli qərarı ilə Rostovda stadionun tikintisinə dair baş podratçı seçilib.

Müqaviləyə görə, stadionun tikintisi 2017-ci il, dekabrın 25-nə qədər bitməlidir. Tikintiyə dünya çempionatının keçirilməsi üzrə Təşkilat Komitəsi nəzarət edəcək.
 
ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM