Türkiyənin Şərqi Anadolu bölgəsi Sibirdən gələn soyuq havanın təsirində qalıb. ANS PRESS yerli mətbuata istinadən xəbər verir ki, ötən gecə Ağrıda 26, Qarsda 19, Ərzurumda 15, İqdırda 12 dərəcə şaxta qeydə alınıb. Məlumata görə, bölqədəki bəzi şəlalələr donub, kanyonlarda 20-40 metrə qədər buz salxımları meydana gəlib. Bundan başqa Araz çayının Qars vilayətindən keçən hissəsinin də donduğu, çayın səthinin buz bağladığı bildirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !