• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

Araz çayından Urmiya gölünə kanal çəkilməsi Azərbaycan üçün böyük problem yarada bilər

Araz çayından Urmiya gölünə kanal çəkilməsi Azərbaycan üçün böyük problem yarada bilər
13.07.2015 19:06
"Metsamor AES-in radiasiyalı sularının Oxçu çayı vasitəsilə Araz çayına axıdılması barədə məlumatlar var”

"Ermənistanın Qafan, Qacaran mis-molibden kombinatlarının suları Oxçu çayına axıdılır. Oxçuçay da Araz çayına tökülür. Yəni, Araz çayında ən çox çirklənmə burada baş verir. Hətta Metsamor Atom Elektrik Stansiyasının da radiasiyalı sularının kanal vasitəsilə Oxçu çayına axıdılması ilə bağlı məlumatlar var”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Məhəmməd Abduyev deyib.
 
M. Abduyevin sözlərinə görə, Kür çayının Böyük Kəsik məntəqəsində ağır metalların - mis, qurğuşun və nikelin miqdarı normadan dəfələrlə çoxdur: "Eyni zamanda, Ermənistandan axan balaca Debed çayı var. Bu çay Xram çayının qoludur. Ermənistandakı Alaverdi mis mədənin suları Debed vasitəsilə Xram çayına tökülür ki, bu da Kür çayının çirklənməsinə gətirib çıxarır. Bilirsiniz, suyun belə bir xüsusiyyəti var, məsafə uzandıqca suyun özünü tənzimləmə prosesi gedir. Çirkab suları təmiz su ilə qarışır. Çirkab suyunun miqdarından asılı olaraq təmiz su üstünlüyü ələ alır. Nəticədə çirkləndiricilərin miqdarı azalır”.
 
İnstitutun əməkdaşı qeyd edib ki, İranın Urmiya gölünün qurumasının qarşısını almaqdan ötrü Araz çayından gölə kanal çəkməsi Azərbaycana mənfi təsir göstərəcək: "Bildiyiniz kimi, belə bir ideya var. Maliyyə problemlərinə görə bu məsələ hələlik qalıb. Bunun reallaşacağı təqdirdə Saatlı, Sabirabad və İmişli rayonlarında su çatışmazlığı yaşana bilər. Bu isə Azərbaycan üçün böyük problem deməkdir”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ANAMA rəhbərliyi GICHD direktoru ilə görüşüb
Cəmiyyət 09:29
ANAMA rəhbərliyi GICHD direktoru ilə görüşüb
Qəsdən adam öldürmədə ittiham olunan şəxsAzərbaycana ekstradisiya edilib
Cəmiyyət 09:26
Qəsdən adam öldürmədə ittiham olunan şəxsAzərbaycana ekstradisiya edilib
Bəzi rayonlara qar yağır - Faktiki hava
Cəmiyyət 09:24
Bəzi rayonlara qar yağır - Faktiki hava
Bu ərazilərdə təmirlə bağlı qaz kəsiləcək
Cəmiyyət 08:57
Bu ərazilərdə təmirlə bağlı qaz kəsiləcək
Bu yollarda tıxac var - Siyahı
Cəmiyyət 08:45
Bu yollarda tıxac var - Siyahı
Qubada zəlzələ olub
Cəmiyyət 22:52
Qubada zəlzələ olub
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Cəmiyyət 22:52
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
Cəmiyyət 22:30
Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verilib
NİİM müşahidə edilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 21:18
NİİM müşahidə edilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol