Araz Əzimov: “Danışıqlarda dinamika yoxdur”

11:14 | 24.02.2014
Araz Əzimov: “Danışıqlarda dinamika yoxdur”

Araz Əzimov: “Danışıqlarda dinamika yoxdur”

“Danışıqlarda ümumiyyətlə, heç bir dinamika yoxdur - mənfi ya da müsbət". APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Ermənistanla aparılan danışıqları şərh edən A. Əzimov bildirib ki, söhbət öncə qarşı tərəfin həqiqətən problemin həllinə hazır olub-olmadığından getməlidir: “Azərbaycan öz mövqeyini süni şəkildə dəyişdirmir. Azərbaycan öz prinsipial mövqeyində qalmaqdadır. Vyana görüşündən həm əvvəlki, həm də sonrakı mərhələdə Azərbaycanın dövlət başçısı prinsipial olaraq öz mövqeyini ifadə edib”. A. Əzimovun sözlərinə görə, hələlik müzakirə prosesi adlandırılan və prinsipcə ayrı-ayrı görüşlərdən ibarət olan proses hansısa nəticə vermir: “Lakin Azərbaycan beynəlxalq hüquq normaları və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz haqqını tələb edir və bunu dəfələrlə bildirib. Münaqişənin həlli üçün şərait formalaşmaqdadır. Yəqin ki, Ermənistan bu şəraitdə çıxılmaz vəziyyətdə qalaraq öz mövqeyini dəyişməyə məcbur olacaq”.Prezidentlərin növbəti görüşü barədə sualı cavablandıran A. Əzimov bildirib ki, bu istiqamətdə hələlik heç bir yenilik yoxdur. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM