• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

Bu telekanalların yayımı 3 saatlıq dayandırılacaq

Bu telekanalların yayımı 3 saatlıq dayandırılacaq
09.07.2024 18:31
İyulun 9-da Audiovizual Şuranın iclası keçirilib, iclasda bir sıra məsələlərə baxılıb.Bu barədə Audovizual Şuradan məlumat verilib.

İlk olaraq audiovizual media sahəsində fəaliyyətlə bağlı lisenziya alınması üçün müraciətlər müzakirəyə çıxarılıb və müvafiq qərarlar verilib. Belə ki, Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlərin müvafiq yoxlamaları nəticəsində "Aznet Technologies" Qapalı Səhmdar Cəmiyyətinə universal platforma operatoru (operatorun xidmət adı: "Aznet" olmaqla) lisenziyası, "Metaflix" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Metaflix" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları, "Megogo" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Megogo" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları olmaqla ümumi 5 lisenziya verilib.

Daha sonra iclasda Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılmış monitorinqlər nəticəsində müstəsna yayım hüququnun pozulması ilə bağlı təsbit olunmuş faktlar müzakirə olunub.Monitorinqlər nəticəsində "ATV" televiziya redaksiyasının (kanalının) efirində 18 aprel 2024-cü il tarixdə saat 05.29-06.38 aralığında, "ARB" televiziya redaksiyasının (kanalının) efirində 21 may 2024-cü il tarixdə saat 03.05-04.33 aralığında, "ARB Günəş" televiziya redaksiyasının (kanalının) efirində 13 iyun 2024-cü il tarixdə saat 18.25-19.29 aralığında Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan proqramların (bədii və cizgi filmlərinin) icazəsiz yayımlanması faktları öz təsdiqini tapıb. Şura üzvlərinin bu məsələnin diqqətdə saxlanılması ilə bağlı yayımçıları əvvəlki dövrlərdə xəbərdar etməsi və müvafiq tövsiyələr verməsini nəzərə alaraq bu dəfə həmin televiziya yayımçılarının ("ARB 24" MMC-nin "ARB" kanalının, "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının "ATV" kanalının və "RTV" MMC-nin "ARB Günəş" kanalının) proqramlarının yayımının 11 iyul tarixində 3 saatlıq dayandırılması barədə müvafiq qərarlar qəbul olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zabrat istiqamətində qatar bir vətəndaşı vurub
Cəmiyyət 23:01
Zabrat istiqamətində qatar bir vətəndaşı vurub
Əl-qolunu bağlayıb başına kisə keçirib döydülər
Cəmiyyət 22:27
Əl-qolunu bağlayıb başına kisə keçirib döydülər
Bakıda sürət qatarı piyadanı vurub
Cəmiyyət 21:55
Bakıda sürət qatarı piyadanı vurub
Erməni terrorçunun Xocavənddəki abidəsi sökülüb
Cəmiyyət 20:21
Erməni terrorçunun Xocavənddəki abidəsi sökülüb
Bakıda idman meydançasında meyit tapılıb
Cəmiyyət 19:00
Bakıda idman meydançasında meyit tapılıb
Hazırda2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir
Cəmiyyət 18:00
Hazırda2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir
Bank kartından pul oğurlayan qadın tutulub
Cəmiyyət 16:56
Bank kartından pul oğurlayan qadın tutulub
Qərbi Azərbaycan İcmasıİrəvan Qazılığı barədəbəyanat verib
Cəmiyyət 15:39
Qərbi Azərbaycan İcmasıİrəvan Qazılığı barədəbəyanat verib
Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
Cəmiyyət 14:58
Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol