"Atletiko"nun futbolçusu Arda Turan Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə cavab qarşılaşmasını buraxmalı olacaq.
Qol.Az-ın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu ilə matçda zədələnən türk yarımmüdafiəçinin dincəlməyi vacibdir. Baş məşqçi Dieqo Simeonenin Ardanın yerinə qış transferi pəncərəsində heyətə qatdığı Dieqo Ribası oynadacağı bildirilir.
Qeyd edək ki, Dieqo "Barsa" ilə ilk matçda komandasının yeganə qolunu vurmuşdu.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !