"Artıq gözyaşları içində, amma cəsarətlə butsları divardan asmağın vaxtı gəldi. Bütün karyeram boyu əlimdən gələn ən yaxşı şeyləri etməyə çalışdım. Məncə, pis alınmadı. Yenidən hazıram. Futbolun içində, artıq meydandan kənarda yenidən görüşənədək”, - Arda Turan bildirib.
Arda Turan karyerasını 35 yaşında bitirib. O, peşəkar futbolçu kimi "Qalatasaray”, "Manisaspor”, "Atletiko”, "Barselona” və "İstanbul Başakşehir”də çıxış edib. Ardanın sonuncu klubu "Qalatasaray” olub. O, 2006-2017-ci illərdə Türkiyənin əsas milli komandasında 100 oyunda meydana çıxıb, 17 qol vurub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !