Arda Turan Messi haqqında danışdı

18:28 | 12.01.2014
Arda Turan Messi haqqında danışdı

Arda Turan Messi haqqında danışdı

 "Atletiko Madrid"in türk futbolçusu Arda Turan rəqibi Messini tərif atəşinə tutub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, La Liqada lider "Barselona"nı öz meydanında qarşılayan və qolsuz heç-heçə edən "Atletko Madrid"in futbolçusu Arda Turan matçdan sonra formasını dəyişdirdiyi argentinalı futbolçuya mədhiyyələri yan-yana düzüb.

“Messi bu dünyadan deyil,o başqa planetdən gəlmədir. Mənim üçün o, dünya futbol tarixinin ən yaxşı futbolçusudur”,- deyə Arda Turan bildirib. Qeyd edək ki, matçdan sonra Arda və Messinin formalarını bir-biri ilə dəyişməsi sosial mediyada diqqətə səbəb olub.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM