Arda Turan "Atletiko"da ən yaxşı seçildi

23:55 | 10.02.2014
Arda Turan "Atletiko"da ən yaxşı seçildi

Arda Turan "Atletiko"da ən yaxşı seçildi

"Atletiko" (Madrid) klubunda yanvar ayının ən yaxşı futbolçusunun adı məlum olub.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, türk yarımmüdafiəçi Arda Turan klub azarkeşləri tərəfindən ötən ayın ən yaxşısı seçilib.

A.Turan onu bu mükafata layiq görən hər kəsə təşəkkürünü bildirib:

"Hədəflərimizi gerçəkləşdirmək üçün ən yaxşı oyunumuzu nümayiş etdirməyə çalışacağıq. Hazırda istədiyimiz formadayıq. Amma önəmli olan mövsümü yüksək pillədə başa vurmaqdır. "Real"la oyunda məğlubiyyətə layiq deyildik. Amma biz "Atletiko"yuq, heç vaxt hədəflərimizdən imtina etməyəcəyik".

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM