Arda Turan: "Türkiyəyə qayıtmamağa çalışıram"

15:30 | 27.12.2013
Arda Turan: "Türkiyəyə qayıtmamağa çalışıram"

Arda Turan: "Türkiyəyə qayıtmamağa çalışıram"

"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan Türkiyə mətbuatına maraqlı müsahibə verib. Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu hələlik Türkiyəyə qayıtmaq istəmədiyini bildirib:"Bacardıqca Türkiyəyə qayıtmamağa çalışıram. Birincisi futbolu buraxdıqdan sonra gənclərə örnək olmaq istəyirəm. Karyeramı bitirdikdən sonra kuboklar qazanmış, Avropada oynamağın haqqını vermiş bir futbolçu olmağı düşünürəm. İkinci səbəb isə ailəmin və mənim xoşbəxt olmağımdır. Əgər Türkiyəyə dönsəm, "Qalatasaray"a gələrəm. "Fənərbaxça"ya hər zaman hörmət etdim, böyük önəm verdim. Ancaq mən "Qalatasaray"lıyam".Qeyd edək ki, "The Guardian" qəzetinin səsverməsində dünyada 70-ci olan Arda bir türk futbolçu olaraq bununla qürur duyduğunu bildirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM