2023-cü il dövlət büdcəsinin gəlirlərinin 11 milyard 737,7 milyon manatı Dövlət Neft Fondundan (ARDNF) transfertin payına düşəcək. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu, təsdiq olunmuş proqnozla müqayisədə 457,7 milyon manat və yaxud 4,05 % çoxdur.
2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində təsdiq edilib.
2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb. Bu da 2021-ci ildən 30% azdır.
Maliyyə Nazirliyinin məlumatına görə, ümumilikdə 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft və qaz sektorundan gəlirləri 15 milyard 278,8 milyon manat (proqnozun 111,8 faizi, 2021-ci illə müqayisədə 2 milyard 418,8 milyon manat və ya 18,8% artım) təşkil edib.
Neft və qaz gəlirləri 15 milyard 381,7 milyon manat təşkil edib ki, bu da proqnozdan 155,8 milyon manat və ya 1% azdır.
2022-ci ilin dördüncü rübündə dövlət büdcəsinin gəlirləri 8 milyard 259,1 milyon manat təşkil edib.
2022-ci il dövlət büdcəsinin xərcləri 32 milyard 63,3 milyon manat və ya proqnozun 99,3 faizini təşkil edib. 2021-ci illə müqayisədə xərclər 4 milyard 640,9 milyon manat və ya 16,9 faiz artıb.
Sosial xərclər 11 milyard 577,1 milyon manat (2021-ci illə müqayisədə 1 milyard 280,4 milyon manat və ya 12,4 faiz artım) olub.
2022-ci il dövlət büdcəsinin cari xərcləri 17 milyard 739,9 milyon manat (artım 1 milyard 151,5 milyon manat və ya 6,9 faiz), əsaslı xərclər 12 milyard 533 milyon manat (artım 3 milyard 897,8 milyon manat və ya 45 faiz) təşkil edib. 1 faiz, dövlət borcuna və öhdəliklərinə xidmət üzrə 1 milyard 790,4 milyon manat (azalma 408,4 milyon manat və ya 18,6 faiz) təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə dövlət büdcəsi kəsirinin ödənilməsi üçün 259,7 milyon manat məbləğində kreditlər cəlb edilib, 976,3 milyon manat dövlət borclanması, 115,4 milyon manatı özəlləşdirmə gəlirləri, qalanı isə digər mənbələr hesabına təmin edilib.

Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !