ARDNŞ Gürcüstanın qazlaşdırılmasını daha 3 il davam etdirəcək

21:26 | 24.12.2013
ARDNŞ Gürcüstanın qazlaşdırılmasını daha 3 il davam etdirəcək

ARDNŞ Gürcüstanın qazlaşdırılmasını daha 3 il davam etdirəcək

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2017-ci ilədək Gürcüstanın regionlarının qazlaşdırılmasını davam etdirəcək.

ANN.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, qazlaşdırma prosesi şirkətin Gürcüstan hökuməti ilə imzaladığı müqavilə çərçivəsində davam etdiriləcək.Sənədi ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev və Gürcüstanın iqtisadiyyat və energetika nazirləri Georgi Kvirikaşvili və Kaxa Kaladze imzalayıblar.Yeni müqavilə çərçivəsində ARDNŞ bu ölkədə 100 min ailəni əlavə olaraq qazlaşdıracaq.Bundan başqa, ölkənin 2014-cü il üçün qazlaşdırma planı da hazırlanıb.Rövnəq Abdullayev qeyd edib ki, biz Gürcüstan hökumətinin dəstəyindən istifadə edirik, öz üzərimizə düşən öhdəlikləri tam yerinə yetirməyə hazırıq və əməkdaşlığımızın bugünkü səviyyəsindən razıyıq.Gürcüstanın iqtisadiyyat naziri Georgi Kvirikaşvilinin sözlərinə görə, bu, hökumətin çox böyük əhəmiyyət verdiyi Gürcüstanın sosial layihələri üçün çox vacibdir: "Bu yolda qardaş Azərbaycan bizə dəstək və kömək göstərir".Nazir qeyd dib ki, Azərbaycan Gürcüstanın mühüm investisiya tərəfdaşıdır:"ARDNŞ yaxın illərdə Kulevidə karbamid zavodunun tikintisini həyata keçirmək niyyətindədir. Bu isə bizə beş min adamı işə cəlb etməyə imkan verən bir milyard dollara yaxın investisiyalar deməkdir". ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb