ARDNŞ Türkiyə iqtisadiyyatına 20 mlrd. dollar yatırım edib

14:52 | 03.06.2014
ARDNŞ Türkiyə iqtisadiyyatına 20 mlrd. dollar yatırım edib

ARDNŞ Türkiyə iqtisadiyyatına 20 mlrd. dollar yatırım edib

Bu günə qədər Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Eneji” Türkiyə iqtisadiyyatına 20 mlrd. dollar yatırım edib.“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “SOCAR Turkey Eneji” şirkətinin rəhbəri Kənan Yavuz bildirib. Onun sözlərinə görə artıq “SOCAR Turkey Eneji” Türkiyənin ən böyük sərmayəçi olub: “Bu yatırım portfeli neft-kimya, logistika, enerji, daşınma, “TransAnadolu” təbii qaz kəməri layihəsinin tikintisi və digər sahələri imkanına əldə edilib”. K. Yavuz xatırladıb ki, keçən həftə “Star” neft emalı zavodunun tikintisində çox böyük uğur əldə olunub: “Bu layihə Avropanın və Türkiyənin ən böyük layihəsidir. Biz bu günlərdə 3,3 mlrd. dollarlıq və 18 il müddətinə layihənin maliyyələşdirilməsi müqaviləsini imzaladıq. Burada 23 beynəlxalq ixrac bakının, Yaponiya, ABŞ, Koreya, İspaniya və İtaliya baklarının bu maliyyə müqaviləsinə cəlb etdik. 46 ay sonra, yəni 2017-ci sonunda “Star” neft emalı zavodu fəaliyyətə başlayacaq”. O deyib ki, bu zavod tikilib istifadəyə verildikdən sonra Türkiyənin ən böyük sənaye şirkəti olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM