Redaktor.az Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, elm adamları Alpakalarda formalaşan antikorlar vasitəsilə yeni növ koronavirusu məhv etməyə nail olublar. Məlumata görə, antikorlar COVID-19-u təsirli şəkildə məhv edib. Alimlər hesab edir ki, bu nəticə koronavirusa qarşı peyvəndin hazırlanmasında önəmli rol oynaya bilər.
Qeyd edək ki, Alpaka dəvə növüdür. Antikorlar isə Alpakanın o cümlədən digər çoxhüceyrəli heyvanların immunitet sistemi tərəfindən yad quruluşlarla mübarizə aparmaq üçün ərsəyə gətirilən molekullardır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !