Argentinanın şimalında 5,2 bal gücündə zəlzələ baş verib.
"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Kaymansito şəhərindən 22 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 21.1 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !