Argentinada yeni Messi peyda olub VIDEO

12:21 | 01.12.2013
Argentinada yeni Messi peyda olub VIDEO

Argentinada yeni Messi peyda olub VIDEO

7 yaşlı balaca futbolçu Klaudio Nyankufil haqqında bütün dünya danışmağa başlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, topla mükəmməl tryuklar göstərən bu oğlanı futbol ulduzu Messi ilə müqayisə edirlər. 

Messinin vətənində doğulan bu balaca cəsarətli və gözəl texnikalı oyun nümayiş etdirərək öz komanda yoldaşlarından fərqlənir. Onun istedadını artıq İspaniyanın “Real”, “Barselona” və Madridin “Atletiko” klublarında qiymətləndiriblər. Bu klublar balaca ulduzu almaq istəyirlər. 

Messi Barselonaya 14 yaşı olanda gəlib və artıq 3 ildən sonra komandandada debüt edib. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM