ARGTMŞ internat məzunları ilə görüşdü

14:16 | 19.03.2015
ARGTMŞ internat məzunları ilə görüşdü

ARGTMŞ internat məzunları ilə görüşdü

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və onun üzvü olan "İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində bir sıra internat və uşaq evlərinin məzunu olmuş gənclərlərlə görüş keçirilib.

Görüşün məqsədi, internat və uşaq evlərindən məzun olan gənclərin Novruz bayramını təbrik etmək, onlara gələcək həyatlarında faydalı olacaq, onlara uğurlu karyera qurmağa yardımçı ola biləcək məlumatlar vermək olub. 

Görüşdə Quba 1 saylı xüsusi internat məktəbi, Lənkəran qarışıq tipli uşaqlar evi, Xətai rayon 3 saylı qarışıq uşaqlar evi, Sabunçu rayon 1 saylı uşaqlar evi, Mərdəkar 2 saylı internat məktəbi və Şüvələn 1 saylı internat məktəbinin məzunlarından ibarət 60-dan çox gənc iştirak edib. 
Görüş zamanı iştirakçılara "Uğulu karyera” adlı seminar keçirilib, işgüzar həyata keçid üçün onlara faydalı olacaq məlumatlar verilib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. 

Görüş zamanı həmçinin iştirakçılara ARGTMŞ-ın fəaliyyəti, ARGTMŞ tərəfindən həyata keçirilən "Azərbaycan Könüllülük Xidməti” (AKX), QHT İdarəetmə Akademiyası (QİDA) və "YERLİ Gənc” kimi proqramların təqdimatı keçirilib və iştirakçılara qeyd olunan proqramlarda iştirak imkanları haqqında məlumat verilib. 

Görüşdə çıxış edən ARGTMŞ-ın Baş Katibi Seymur Hüseynov iştirakçılara uğurlu gələcəyə sahib olmaq üçün karyeranın vacibliyini vurğulayıb, gəncləri ictimai həyatda fəal olmağa çağırıb. O, eyni zamanda ARGTMŞ-ın daima onlarla əməkdaşlığa açıq olduğunu vurğulayıb. 

Sonda görüş iştirakçılarına hədiyyələr təqdim edilib və seminarda fərlənən iştirakçıların təltifolunma mərasimi təşkil edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM