ARGTMŞ “Yerli Gənc” Əməkdaşlıq Proqramına start verir

14:08 | 17.03.2015
ARGTMŞ “Yerli Gənc” Əməkdaşlıq Proqramına start verir

ARGTMŞ “Yerli Gənc” Əməkdaşlıq Proqramına start verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında 2015 - ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili” elan edilib. 

Bu isə kəndlərdə insan kapitalı, savadlı gənclərin yetişdirilməsi və inkişafını zəruri edir. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən "Yerli Gənc” Əməkdaşlıq Proqramına start verib.

"Yerli Gənc” Əməkdaşlıq Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.

Proqram ARGTMŞ-ın üzv təşkilatlarının layihə, proqram və sosial sifarişlərinin kəndlərdə davam etdirilməsi fəaliyyətinin ARGTMŞ ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməsini nəzərdə tutan kənd gənclərinin inkişaf proqramıdır. Proqram çərçivəsində www.yerli.nayora.az ünvanı əsasında ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının əməkdaşlıq üçün müraciətləri qəbul olunacaq və cari fəaliyyətlərinin Azərbaycanın kəndlərində keçirilməsinə şərait yaradılacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM