Səkkiz ildir komada olan İsrailin sabiq baş naziri Ariel Şaron vəfat edib.
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu ayın əvvəlində A.Şaronun səhhəti kəskin pisləşib. Əvvəlcə böyrəkləri, sonra isə həyati əhəmiyyətli digər orqanları fəaliyyətini dayandırıb.
Yanvarın 9-da A.Şaronun müalicə aldığı “Xaim Şeba” klinikasının mətbuat katibi David Veyndberq APA-nın sorğusuna cavab olaraq bildirib ki, keçmiş baş nazirin komadan çıxmaq və həyatda qalmaq şansı sıfıra bərabərdir.
Qeyd edək ki, 2001-ci ildən İsrailin baş naziri olmuş 85 yaşlı A.Şaron 2006-cı ilin yanvarında keçirdiyi insultdan sonra komaya düşüb.
APA
Bizi sosial şəbəkələrdə izləyin !