İsrailin komada olan keçmiş baş naziri Ariel Şaronun sağlıq durumunda heç bir irəliləyiş yoxdur.Bu barədə A.Şaronun müalicə aldığı “Xaim Şeba” klinikasının mətbuat katibi David Veyndberq APA-nın sorğusuna cavab olaraq bildirib. Onun sözlərinə görə, sabiq baş nazirin komadan çıxmaq və həyatda qalmaq şansı sıfıra bərabərdir. D.Veyndberq əlavə edib ki, klinika hazırda A.Şaronun ağrılarını azaltmaq üçün tədbirlər görür. Qeyd edək ki, 2001-ci ildən İsrailin baş naziri olmuş 85 yaşlı A.Şaron 2006-cı ilin yanvarında keçirdiyi insultdan sonra komaya düşüb. Ondan sonra baş nazir postunu Ehud Olmert tutub. Bu ilin əvvəlində A.Şaronun səhhəti daha da pisləşib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !