Ariel Şaronun səhhəti pisləşdi

13:27 | 02.01.2014
Ariel Şaronun səhhəti pisləşdi

Ariel Şaronun səhhəti pisləşdi

2006-cı ildən komada olan İsrailin keçmiş baş naziri Ariel Şaronun səhhəti pisləşib.

 

“Agence France-Presse” agentliyinin verdiyi məlumata görə, onun vəziyyəti bir neçə gün bundan əvvəl ağırlaşıb. İsrailin “Ynet News” nəşri isə bildirir ki, A.Şaronun vəziyyətinin pisləşməsi böyrək çatışmazlığı ilə bağlıdır. Nəşrin məlumatına görə, bir ay bundan əvvəl A.Şaron əməliyyat olunub və onun vəziyyəti bu günə kimi stabil olub.

 

Hazırda sabiq baş nazir Tel-a-Şomer şəhərində yerləşən Xaima Şiba adına tibb mərkəzində saxlanılır. Bu ilin yanvarında A.Şaronda beyin aktivləşməsi qeydə alınıb. Belə ki, o, ailə üzvlərin şəkillərinə və oğlunun səsinə reaksiya verib.

 

Qeyd edək ki, 2001-ci ildən İsrailin baş naziri olmuş 85 yaşlı A.Şaron 2006-cı ilin yanvarında keçirdiyi insultdan sonra komaya düşüb. Ondan sonra baş nazir postunu Ehud Olmert tutub.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb