Arif Quliyevin son durumu ilə bağlı açıqlama

13:20 | 01.05.2021
Koronavirusa yoluxduqdan sonra vəziyyəti ağırlaşan Xalq artisti Arif Quliyevin səhhətində heç bir irəliləyiş yoxdur,  bu barədə publika.az-a Xalq artistinin oğlu Rövşən Quliyev məlumat verib.


Sənətçinin oğlu bildirib ki, aktyorun vəziyyəti ağır olaraq qalır: "Reanimasiya şöbəsindədir, səhhəti ağır olaraq qalır. Ümid Allahadır, gözləyirik”.


 Arif Quliyevin müalicəsi Yeni Klinikanın reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər.


Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM