Gündəlik ən az 2 litr su içmək sağlamlıq baxımından çox əhəmiyyətlidir. Suyun arıqladıcı təsiri olan darçınla qarışdırılaraq içilməsi isə çəki atmaq istəyənlər üçün mükəmməl bir seçimdir.
Arıqlamaq üçün darçınlı su içilməsi tövsiyə edilsə də, unudulmamalıdır ki, darçın təkbaşına arıqlamağa kömək edə bilməz.
Musavat.com Ailəm.az-a istinadən darçınlı suyun faydalarını təqdim edir.
Darçının arıqlamağa təsiri
Tərkibində bol miqdarda antioksidant olan darçının tək başına arıqlatma xüsusiyyəti yoxdur. Lakin insulin hormonunu tarazlaşdıraraq pəhrizinizi dəstəkləyir. Qan şəkərinin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsini təmin edir.
Yağ yandırıcı xüsusiyyəti sayəsində orqanizmin enerji qaynağı olan yağ yığılmalarını daha yaxşı istifadə etməsini dəstəkləyir.
Darçınlı su hazırlamaq üçün lazım olanlar:
- 3-4 ədəd çubuq darçın
- İstəyə uyğun bir az mixək, zəncəfil, dəfnə yarpağı, sarıkök, dilimlənmiş alma
- 5 stəkan su
Hazırlanması:
Soyuduqdan sonra (soyuducuya qoymayın) gün ərzində istifadə edin. Dad verməsi məqsədi ilə damaq zövqünüzə görə içməzdən əvvəl limon da qata bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !