Çarlz Bukovski. 17,50 dollarlıq Sevgi (Hekayə)

14:16 | 24.06.2013
Çarlz Bukovski. 17,50 dollarlıq Sevgi (Hekayə)

Çarlz Bukovski. 17,50 dollarlıq Sevgi (Hekayə)

Çarlz Bukovski ABŞ yazıçısıdır. "Qadınlar”, "Makulatura”, "Poçtampt”, "Faktotum”, "Hollivud” kimi məşhur romanların müəllifidir. Yazdığı hekayələr, şeirlər Bukovskiyə böyük şöhrət qazandırıb.17,50 dollarlıq SevgiRobert bu cür şeylər barədə düşünməyə başlarkən, ilk növbədə gecənin bir aləmi hansı yolla olursa olsun Mum Fiqurlar Muzeyinə daxil olmaq və oradakı mumdan hazırlanmış xanım fiqurlarla sevişmək arzusuna düşürdü. Amma bu, çox təhlükəli iş olduğundan o, heykəllər və manekenlərlə yalnız özünün erotik fantaziyalarında cinsi təmas qurur, öz xəyallar dünyasında yaşamalı olurdu.Bir gün maşınını qırmızı işıqda saxlayarkən, nəzərləri kiçik bir dükanın girişinə sataşdı. Bu dükanda divandan tutmuş musiqi diskinə, kitaba qədər hər cür xırda-xuruş, zir-zibil satılırdı. O, qızın uzun, qırmızı paltarda bir küncdə dayandığını sezdi. Çərçivəsiz eynək taxmışdı, gözəl duruşundan həm qürur, həm də cinsəllik yağırdı. Son dərəcə şux bir qızdı. Amma bu ara yaşıl işıq yandığından o, öz yoluna davam etməli oldu.Bir tin o yanda maşından enib, piyada dükana qayıtdı. Küçədəki qəzet stendinin yanında durub, qızı süzməyə başladı. Gözləri lap canlı idi, dodaqları da adamda gizli istəklər oyadırırdı.Robert dükana keçib, disklər yığılmış rəfin yanında ayaq saxladı. Qıza yaxınlaşdı, oğrun-oğrun qızı süzməyə başladı. Hə, indiki zəmanədə artıq belə canlılarını düzəltməyə də ərinirlər! Ayaqlarında hündürdaban çəkmələri vardı.  Satıcı qız ona yanaşdı:- Cənab, sizə necə yardımçı ola bilərəm?- Sadəcə baxıram, xanım.- Əgər bir şey seçmiş olsanız, mənə deyərsiniz.- Mütləq.Robert manekenə lap yaxınlaşdı. Üstündə qiymət-filan yox idi. Düşündü ki, görəsən bunu satırlar, ya yox. Disklər rəfindən nisbətən ucuz bir disk seçib, pulunu satıcı qıza ödədi.İkinci dəfə bu dükana gələndə həmin maneken öz əvvəlki yerindəydi. Robert bir az ora-bura baxdı, dizayn etibarilə halqalar biçimində qıvrılmış ilanı xatırladan bir külqabı alıb oradan çıxdı. Üçüncü səfər yolunu oradan salanda qızdan xəbər aldı:- Bu manekeni satırsınız?- Maneken?- Hə, maneken.  - Bəyəm onu almaq istəyirdiniz?- Hə. Məncə, siz bütün bu malları satırsınız, elə deyilmi? Bəs manekeni necə, satırsınız?- Bircə dəqiqə, cənab.Qız dükanın içərilərinə tərəf üz tutdu. Pərdələr aralanınca, oradan bir qoca yəhudi çıxdı. Köynəyinin yaxasındakı iki alt düymə əskik olduğundan oradan tüklü qarnı görünürdü. Xeyli xoşxasiyyət adama bənzəyirdi.  - Maneken almaq istəyirdiniz, cənab?  - Hə, o satılmır ki?- Əslində yox. Bilirsiniz, o, bir növ vitrinimizin bəzəyidir.  - Mən onu almaq istərdim.  - Nə deyirəm, baxaq görək… - deyib bu qoca yəhudi manekenə yanaşdı, onun əllərinə, paltarına toxundu. - Baxaq görək… Məncə, onu… bu malı sizə… 17 dollar 50 sentə sata bilərəm.- Götürürəm, - deyən Robert iyirmiliyi ona uzatdı. Pulun qalığını qaytaran dükan sahibi:- Bu manekensiz darıxacam, çünki ona lap canlı insan kimi bağlanmışdım, - dedi. - Bəlkə onu bükək?- Yox, ehtiyac yoxdur, belə də apararam.Robert manekeni əlinə alıb, maşına tərəf yönəldi. Onu arxa oturacağa yerləşdirdi. Sonra sükan arxasına keçib, evinə gəldi. Binaya girənədək, deyəsən, tale üzünə güldü ki, bir kimsəylə rastlaşmadı və maneəsiz mənzilinə girə bildi. Manekeni otağın lap ortasına qoyub, aralıdan onu seyr edərək dedi:- Stella. Qancıq Stella!Yaxınlaşıb, ona bir şillə çəkdi. Sonra saçlarından tutub onu öpdü. Həm də ləzzətlə öpdü. Cinsi aləti yenicə qabarırdı ki, birdən telefon zəng çaldı. Dəstəyi qaldırıb:- Allo, - o, dedi.- Robertdir?- Hə, mənəm.- Danışan Harridir.- Nə var, nə yox, Harri?- Yaxşılıqdır. Sən nə edirsən?- Heç.- Ağlıma gəldi ki, bəlkə sənə baş çəkim. Bir az pivələyək.  - Pis olmaz.Dəstəyi yerinə qoyan Robert manekeni götürüb, dolaba apardı. Onu ən uzaq küncə basıb, qapını bağladı.Harrinin əslində ona deyəcək elə bir sözü də yox idi. Əlində pivə bankası eləcə oturmuşdu. Bir ara:- Lora necədir? - deyə xəbər aldı.- Lora ilə bütün əlaqələrimizə son qoyduq, - Robert cavab verdi.  - Noldu elə?- Qaniçənin birisidir. Həmişə də sanki səhnədədir. Məni təngə gətirirdi. Baqqal dükanında, küçədə, kafedə, hər yerdə ilk dəfə gördüyü hər hansı kişinin boynuna sarılırdı. Heç baxmırdı da ki, bu əsil kişidir, ya yox, yetər ki, sadəcə erkək olsun. Hətta bizə səhvən zəng edən cavan oğlanla da məzələnməkdən qalmırdı. Mən də daha buna tab gətirmədim.  - Bəs indi tənhasan?- Yox, başqa rəfiqəm var. Brenda. Sən onu görmüsən.- Hə, hə, Brenda. Babat şeydir.Harri pivəsini sümürməyə davam etdi. Həmişə qadınlardan söz salsa da, Harrinin heç vaxt qadın rəfiqəsi olmamışdı. Onda itələyici nələrsə vardı. Robertin söhbətə həvəssizliyini görən Harri bir azdan durub getməli oldu. Robert əllərini dolaba salıb, Stellanı oradan dartıb çıxartdı.- Demək mənə xəyanət edirsən, hə? Lənətə gəlmiş dükan malı! – Robert ona dedi.Stella susurdu. Üzündən soyuqluq və ciddillik yağırdı. Robert onun sifətinə yağlı bir şillə çəkdi. Bob Vilkensona xəyanət edən bu qadın nə cür cəncəl işə baş qoşduğunu anlamalıdır. Ardından bir şillə də ilişdirdi.  - Yırtıq! Yəqin lülüşü dursa, sən dörd yaşlı uşaqla da əlaqədə olardın, hə?Ona bir dənə də ilişdirəndən sonra manekeni qucaqlayıb öpdü. Dönə-dönə və doyumsuzca öpdü. Bunun ardından əlini paltarının altında gəzdirdi. Bədəni gözəl yaradılmışdı, hətta çox gözəl. Bu Stella ona nədənsə yuxarı siniflərdəki öz cəbr müəlliməsini xatırladırdı. Stellanın tumanı yox idi.  - Vay səni, tumanını harada itirmisən?!- Sonra cinsi alətini manekenə dirədi. Lazımi yerdə dəlik yox idi. Amma bu da Robertin ehtirasını söndürə bilməzdi. O, alətini onun budlarının yuxarı aralığına itələdi. Xeyli zəhmət sərf etməli oldu. Bir ara ağlına gəldi ki, əcəb axmaq iş tutur, amma ehtiras hər şeyə hakim kəsildiyindən işi yarımçıq qoymadı, üstəlik, manekenin gərdanını öpüşlərə qərq etdi.  Stellanı mətbəx bezi ilə yuyandan sonra Robert onu dolabda asılan paltonun arxasında gizlədib, qapını örtdü və televizoru açıb, "Detroyt aslanları" ilə "Los-Anceles qoyunları" arasında baş tutan matçın son bölümünü seyr etdi.Aradan bir müddət keçdi. Robert öz həyatından xeyli razı idi. Stella üçün yeni şeylər də almışdı: bir neçə tuman, corab bağları, uzun şəffaf corablar və bilərzik. Ona sırğa da almışdı, amma, doğrusu, öyrənəndə ki, yeni sevgilisinin yerli-dibli qulağı yoxdur, xeyli məyus oldu. Saç düzümünün altında qalacağından ona bir cüt qulağı çox görmüşdülər. Amma yenə də o, bu sırğaları yapışqanlı lentlə uyğun yerə yapışdırdı. Bununla yanaşı, manekenin üstün cəhətləri də çox idi: onu yedirtmək üçün restoranlara aparmağa, əyləndirmək üçün məclislərə, tamaşalara aparmağa ehtiyac yox idi, çünki bütün bu vecsiz şeylər ancaq sıradan bir qadına görə çox böyük nemətlər sayıla bilərdi. Aralarında bəzən mübahisə də qopurdu. Görünür, qadın maneken olsa belə, mübahisədən əl çəkə bilməzmiş. Bir kərə hətta Robertə elə gəlmişdi ki, çox da söhbətcil olmayan bu qadın dilə gəlib ona deyir:  - Sən - dünyadakı bütün sevgililərdən üstünsən. O yaşlı yəhudi isə son dərəcə əzvay bir məşuq idi. Sən isə sevgilinə bütün varlığını verirsən, Robert.Bəli, manekenin özünə görə üstünlükləri var idi. O, Robertin tanıdığı bütün digər qadınlardan fərqlənirdi. Bu qadın "indi meylim çəkmir" deyib, sevişməkdən imtina etmirdi, aybaşısı tutmurdu. Ona görə də bu işdə seçim ancaq Robertə məxsus idi. İstədiyi vaxt onun üzərində işləyirdi. Təbiilik xatirinə hətta taxma saçından kəsdiyi bir çəngə tükü manekenin qasığına da yapışdırmışdı.  İlk əvvəl onların romanı yalnız cinsi təmas üzərində qurulsa da, zaman keçdikcə Robert ona gerçəkdən aşiq olmağa başlamışdı və bu eşqin necə alovlandığını da aşkar hiss edirdi. Bir ara psixiatra getmək ağlına batsa da, sonradan bu fikrindən daşındı. Bir də ki, məgər canlı insanı sevmək belə məcburidir?! Bu ki, heç vaxt uzun sürmür. Fərdlər arasındakı fərqlərin son dərəcə rəngarəngliyi ucbatından onlar arasında başlanan eşq əlaqələri tez ya gec dava-dalaşla, nifrətlə bitir.Amma bu məsələdə bir üstün cəhət də ondan ibarət idi ki, Robert, yatağını paylaşdığı bu Stellanın özünə qədərki məşuqları barədə xatirələrini dinləməyə məcbur deyildi. Təxminən "Karlınkı hər nə qədər iri olsa da, o, intim düşkünü deyildi", "Lui necə də gözəl rəqs edirdi və ondan sığortaçı yox, əsil balet rəqqası çıxardı", "Martinin öpüşləri ağlı başdan aparırdı, o, dilləri qapışdırmağın gizli bir üsulunu bilirdi" qəbilindən və sair və ilaxır. Əcəb zəhlətökən şeylərdir. Yaşlı yəhudidən isə Stella vur-tut bircə kərə söz salmışdı. Cəmi-cümlətanı bircə kərə.Stella ilə tapışandan ikicə həftə keçməmiş Brenda Robertə zəng etdi.- Hə, Brenda, sənsən?- Robert, sən məni heç itirib-axtarmırsan da.- Brenda, başım dəhşət qarışıq idi. Təzəlikcə mənə bölgə meneceri vəzifəsi tapşırılıb, ona görə də ofisdə bəzi dəyişikliklər etməyə məcburam.  - Doğrudan?- Hə.- Robert, burada nəsə başqa şey var…  - Nə demək istəyirsən ki?- Mən sənin səsindən duyuram. Burada nə isə var. Lənətə gələsən, Robert, de görüm nə olub axı? Başqa qadın tapmısan yoxsa?  - Heç də yox.- Necə yəni "heç də yox"?- Aman Allahım!- Nə baş verib? Nə olub axı, Robert? Məncə, bunun mütləq bir səbəbi var. Mən indicə ora gəlirəm.- Dedim axı, Brenda, heç nə baş verməyib.- Ay səni əclaf, məndən nəyisə gizlədirsən! Deyirdim axı, bunun bir səbəbi var. Dayan, indicə ora gəlirəm! Elə bu dəqiqə!..Brenda dəstəyi asarkən, Robert Stellanı götürüb, dolabın gözdən iraq bir küncünə yerləşdirdi. Paltosunu asqıdan çıxarıb, Stellanın üstünə sərdi. Otağa döndü, oturub gözləməyə başladı.Qapını açan Brenda otaqda vurnuxub, var-gəl etməyə başladı:  - De görüm, burada nə oyunlardan çıxırsan, hə? Hamısını bircə-bircə de.- Qulaq as, canım, hər şey öz yolundadır. Narahatçılığa heç bir əsas yoxdur.Brendanın fiquru fəna sayılmazdı. Sinəsi nisbətən sallaq təsir bağışlasa da, gözəl ayaqlarına və şux yançaqlarına söz ola bilməzdi. Gözlərindən daim amansızlıqla qarışıq bir kimsəsizlik yağırdı. Hər nə qədər çalışsa da, Robert onun baxışlarındakı bu ifadəni zərrəcə də dəyişdirə bilməmişdi. Düzdür, bəzən eşq oyunları sonucu onun baxışlarından keçici fərəh hissi yağırdı, amma bu, bir elə uzun sürmürdü.  - Məni öpmək heç ağlına da gəlmədi!  Yerindən qalxan Robert Brendanı öpdü.- Mənə bax, sən bunu öpüş sayırsan? Tez de görüm, nə baş verib? Nə olub axı? - deyə qadın xəbər aldı.  - Heç nə, vallah, heç nə…- Əgər boynuna almasan, qışqır-bağır salacam!..  - Dedim axı, sənə, heç nə olmayıb.Brenda çığırdı. Özünü pəncərəyə tərəf atıb, şivən qopardı. Bütün məhəlləyə səsini duyurandan sonra çığırmağına ara verdi.- Pərvərdigara, Brenda, bir də belə iş tutma! Allahı sevirsənsə!  - Yox, yenə çığıracam! Yenə və yenə! Robert, boynuna al ki, burada nə isə var, yoxsa mən yenə qışqıracam!- Yaxşı da. Bir az döz, - deyən Robert dolabdan paltonun altında uyuyan Stellanı qaldırıb otağa gətirdi. Brenda heyrətlə:  - Bu nədir? Bu nədir belə? - deyə sordu.- Manekendir.- Manekendir? Yəni demək istəyirsən ki…- Hə, demək istəyirəm ki, mən ona aşiqəm.- Aman Allah! Sən bu sözləri bunun haqda deyirsən? Bunun? Bu ƏŞYAnın?- Hə.  - Hansısa zir-zibildən hazırlanmış bu sellüloid parçasını, bu ƏŞYAnı məndən çox sevirsən? Yəni demək istəyirsən ki, bu CINDIRı məndən artıq sevirsən, hə?  - Hə.- Anladığıma görə, sən hələ onunla yatağını da paylaşırsan, eləmi? Yəqin sən… onunla… münasib işlər də tutursan - bu CINDIRla, eləmi?  - Hə…  - Off…Bu yerdə Brendanın sinəsindən acı fəryad qopdu. Qadın durduğu yerdəcə bağırmağa başladı. Robertə elə gəldi ki, o, heç vaxt buna ara verməyəcək. Amma qadın, manekenin üstünə şığıyıb onu cırmaqlamağa, yumruqlamağa girişdi. Arxası üstə düşən manekenin başı divara dəydi. Bunun ardınca sıçrayaraq özünü eşiyə atan Brenda maşınına oturdu. Ətürpərdici qıcırtıyla yerindən qopan maşın qarşısındakı avtomobilin yan tərəfinə çırpıldı, maşını geri verən qadın sürüb oradan uzaqlaşdı.  Robert Stellaya yaxınlaşdı. Manekenin başı qopub, stulun altına dığırlanmışdı. Döşəmədə nə isə təbaşirinkinə bənzər narın ağ izlər gözə dəyirdi. Qopan qolun içindən isə bir cüt məftil sallanırdı. Robert stula çökdü. Bir az özünə gəldi. Sonra qalxıb vanna otağına keçdi, orada bir dəqiqəliyinə key kimi karıxıb durdu, sonra çıxıb dəhlizdə bir müddət duruxdu. Oradan baxınca gözü stulun altındakı qopuq başa sataşdı. Onu qəhər boğdu. Dəhşət idi. Nə edəcəyini bilmirdi. Ata-anasını necə dəfn etməsi yadına düşdü, amma indi vəziyyət başqa cür idi. Beləcə dəhlizdə duruxdu, ah çəkdi, nəyisə gözlədi. Stellanın açıq qalmış gözlərindən soyuqluq yağsa da, gözəl görünürdü və bu gözlər indi öz aşiqinə zillənmişdi. Tərcümə: Ramil RahiboğluANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti