“Arsenal” və “Çelsi”nin Bakı finalına bilet almaq istəyənlərə ŞAD XƏBƏR

21:06 | 23.05.2019
“Arsenal” və “Çelsi”nin Bakı finalına bilet almaq istəyənlərə ŞAD XƏBƏR

“Arsenal” və “Çelsi”nin Bakı finalına bilet almaq istəyənlərə ŞAD XƏBƏR

Bakıda keçiriləcək Avropa Liqasının final oyununun hər bir iştirakçısına 6000 bilet ayrılıb. "Arsenal” və "Çelsi”nin biletlərin hamısına ehtiyacı yoxdur.
Bizimyol.info xəbər verir ki, İngiltərə klubları biletlərin bir hissəsini geri qaytarır. Halbuki "Arsenal” məhz say azlığından şikayət edirdi.
"Arsenal” ayrılan biletlərdən 3,5, "Çelsi” isə 2 minini satıb. Klublar qalan biletləri qaytarmaq qərarına gəliblər. Beləcə, bizim futbolsevərlərə yeni imkanlar yaranıb.
İngilis azarkeşlər oyuna marağın azlığını təyyarə biletlərinin qiymətinin yüksək olması, hava limanının buraxılış imkanlarının məhdudluğu, oyunun gec başlaması, viza problemləri və Bakı otellərinin qiymətlərinin adekvat görünməməsi ilə əsaslandırıblar.

İndiyə qədər stadiona cəmi 23 min bilet satılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb