"Arseni Yatsenyuk "müharibə baş naziri"dir"

21:33 | 03.01.2015

"Arseni Yatsenyuk "müharibə baş naziri"dir"

Çex respublikasının prezidenti Miloş Zeman Ukraynadakı Maydan hərəkatının demokratik olmadığını bəyan edib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Miloş Zeman deyib ki, ola bilsin Ukrayna prezidenti Pyotr Poroşenko "sülh adamı"dır, amma Maydan hərəkatı heç də demokratik yolla həyata keçirilmədi.

Prezident hesab edir ki, Ukrayna baş naziri Arseni Yatsenyuk isə "müharibə baş naziri"dir.

"Ona görə ki, Yatsenyuk münaqişənin sülh yolu ilə həllini istəmir. Avropa komissiyası ona sülh yolu təklif etsə də razılaşmır. Problemi güclə həll etmək istəyir", - deyə Miloş Zeman bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti