“Artıq Naxçıvandayık, bütün xərcləri dövlətimiz qarşılayır”

14:58 | 26.01.2020
Türkiyənin zəlzələnin baş verdiyi Elazığ şəhərindən yola çıxan ilk avtobusdakı azərbaycanlı tələbələr Naxçıvan Muxtar Respublikasına çatdırılıb. 

Bu haqda AZXEBER.COM-a Elazığ tələbə birliyi başqanı Nail Babayev deyib. 

O deyib ki, tələbələr hazırda Naxçıvandadır və bütün xərcləri ödənilib: "Dövlətimizə təşəkkür edirik. Yol və yemək xərclərimiz qarşılanıb. 

Qeyd edək ki, Malatyada təhsil alan azərbaycanlı tələbələr də ötən gün vətənə yola salınıb.

www.anews.az