Azərbaycanda üzüm tinglərinin istehsalı təşkil olunub - FOTOLAR

13:37 | 26.12.2021
Azərbaycanda üzüm tinglərinin istehsalı təşkil olunub - FOTOLAR

Azərbaycanda üzüm tinglərinin istehsalı təşkil olunub - FOTOLAR

Şamaxı Üzüm Tingçilik Mərkəzinin fəaliyyətə başlaması üzüm tinglərinə olan tələbatı yerli istehsal hesabına ödəməyə və onların idxalını azaltmağa imkan verəcək.  Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkil etdiyi mediaturda Şamaxı təcrübə stansiyasının direktoru Ramiz Hüseynov anews.az -a açıqlamasında  bildirib.

"Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılmasında məqsəd respublikanın üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə uyğun calaq, üzüm əkin sahələrini genişləndirməkdir. Sahənin illik istehsalında 1 milyon ədəd tingin olacağı gözlənilir. Ərazinin ümumi sahəsi 1,2 hektardır. İstehsal olunan tinglər region və Mərkəzi Asiya ölkələrinə ixrac olunur. Tingçilik məntəqəsində əvvəl tinglər calaq olunur, sonra istixanada becərilir,  havanın temperaturu 21 dərəcəyə çatanda isə torpağa köçürülür.",  -  deyə Hüseynov söyləyib. 
 
Onun sözlərinə görə, tinglər əvvəllər Türkiyə, Gürcüstandan gətirilirdi, bundan sonra isə tələbat  daxil istehsal hesabına ödəniləcək.  Bunun hesabına dövlət büdcəsinə milyonlarla vəsait daxil olacaq. 
 
2020-ci ildə ölkədə 208 min tondan çox üzüm istehsal olunub. Bu da 2019-cu ilin göstəricisindən 3.1 faiz çoxdur.







Aytac Zeynalova




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM