ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Çinin nəhəng axtarış sisitemi olan "Baidu" ölkədən xaricdə çox tanınmır. Ancaq milyarda yaxınlaşan istifadəçi sayıyla əslində "Google" qədər böyük şəbəkədir.
İndi bu nəhəng şirkət artıq çəkidən əziyyət çəkən, sağlam həyat imkanları üçün mübarizə aparan, mobil telefonundakı fitness tətbiqlərinə bel bağlayan ümidsiz insanlar üçün ağıllı velosiped hazırlamağa girişib. Əlbəttə velosipedin əsas hədəfi hər yerə velosipedlə gedən Çin vətəndaşlarıdır. Ancaq bazara çıxdıqdan sonra Çinlə kifayətlənməyəcək kimi görünür. Çünki bu velosiped son dərəcə insanlara lazımlıdır.
İstifadəçinin ürək ritmini ölçən, telefona enerji dolduran, güclü işıqlandırma sistemləri sayəsində gecələri də rahatca istifadə edilə bilən müasir dövrün "ağıllı velosiped"ə tələbat olduqca çoxdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !