Artur Rasizadə dərmanlarla bağlı qərar verdi - 1 QƏPİK

11:31 | 11.07.2015
Artur Rasizadə dərmanlarla bağlı qərar verdi - 1 QƏPİK

Artur Rasizadə dərmanlarla bağlı qərar verdi - 1 QƏPİK

Azərbaycanda dini təyinatlı materiallar və dərman preparatları üçün nəzarət markasının alınmasına görə simvolik məbləğ müəyyənləşdirilib.
 
Müvafiq dəyişiklik ölkənin Nazirlər Kabineti tərəfindən qəbul edilib.
 
Belə ki, dərmanlar üçün nəzarət markasının alınması məqsədilə ödəniş məbləği 0,01 manat, dini təyinatlı materiallar üçün isə 0,02 manat təşkil edəcək.
 
Qeyd edək ki, daha əvvəl Azərbaycanda audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu və kitab nüsxələrinə qarşı tətbiq edilən 0,15 manat həcmində vahid ödəniş məbləği müəyyən edilmişdi.
 
Nazilər Kabineti, həmçinin daha əvvəl "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nda dəyişikliklər edib, dəyişikliklərə əsasən, Səhiyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət markasının alınmasına görə ödəniş etməli olan strukturlarına siyahısına daxil edilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM