Aprelin 24-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.Fonddan “APA-Economics”ə verilən xəbərə görə, Azərbaycan Respublikasının baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda fondun 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-in 2013-cü il büdcəsinin icrası məsələlərinə baxılıb. Şura fondun icraçı direktoru Şahmar Mövsümovun təqdim etdiyi 2013-cü ildə fəaliyyəti haqqında illik hesabatına, fondun 2013-cü ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“PriceWaterHouseCoopers Audit Azərbaycan” MMC) hesabatına baxaraq onları məqbul hesab edib. Bundan başqa, fondun 2013-cü il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim olunması barədə qərar qəbul edib. A. Rasizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !