Amerikada "Arvad daşıma" çempionatı keçirilib. ANS PRESS-in məlumatına görə, çempionata 50 evli cütlük qatılıb. Yarışmanın şərtlərinə görə ər arvadını çiynində daşıyaraq 250 metrlik maneəli qaçışda iştirak edib. Yarışma zamanı tamaşaçılar maraqlı olduğu qədər məzəli görüntülərə də şahidlik ediblər.Müxtəlif maneələri digərlərindən tez qət edən ər çempionatın qalibi elan edilib. Qalib gələn cütlük gələn il Finlandiyada keçiriləcək Beynəlxalq Arvad Daşıma Çempionatında iştirak edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !