Arvadını döyə-döyə öldürdü

16:01 | 15.11.2019
Arvadını döyə-döyə öldürdü

Arvadını döyə-döyə öldürdü

Hadisə Türkiyənin Konya şəhərində əcnəbi vətəndaş tərəfindən törədilib.
 
Mynet xəbər verir ki, qətl saat 02:30 radələrində Karatay ilçəsi, Tırılırmaq məhəlləsinin Papatya küçəsində yerləşən 3 mərtəbəli mənzilin 3-cü mərtəbəsində baş verib.
 
M.E.H. (32) həyat yoldaşı və bir uşaq anası olan H.E.H (20) ilə mübahisəyə başlayıb. O həyat yoldaşını döyməyə başlarkən qadın qonşuya qaçaraq kömək istəyib. Əri onu geri qaytararaq döyməyə davam edib.
 
Qonşuların verdiyi məlumatdan sonra hadisə yerinə gələn polis əməkdaşları H.E.H.-nin özündən getdiyini aşkar ediblər. İlkin müayinədən sonra həkimlər qadının öldüyünü bildiriblər.
 
M.E.H. polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırmadan dərhal sonra Asayiş Şübhə Müdirliyinə aparılıb.
 
Qadının nəşi Konya xəstəxanasında morqa yerləşdirilib.
 
Tərcümə: Cavid Zahidoğlu  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM