Yasamalda polisə zibil atan binada polis əməliyyat keçirib-VIDEO

08:52 | 08.06.2020

İyunun 7-də sərt karantin rejimi zamanı Dadaş Bünyadzadə küçəsində yaşayan sakinin saxlanılmasına etiraz olaraq bina sakininləri polisin üstünə zibil torbaları atmışdılar. Bu gün həmin küçəyə polis yeridilib. Onlar binaya daxil olaraq 10-a yaxın sakini saxlayıblar. Polis alayının apardığı əməliyyat sakinlərdən biri tərəfindən çəkilib və MeydanTV Facebook səhifəsində yerləşdirilib.
 
Bakı Şəhər Baş Polis İdarəsinin rəhbəri Elşad Hacıyev hadisə ilə bağlı  bu gün rəsmi press relizin yayımlanacağını bildirib. 
 
Dünən və bu gün baş verən hadisənin videolarını diqqətinizə təqdim edirik: 
 


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM