ASAN könüllüləri tərəfindən 2017-ci ilin yanvar ayından etibarən icra olunmağa başlayan "Əmək, uşaq və qadın hüquqları üzrə xidmət mərkəzləri” çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Bərdə şəhərlərində yaşayan vətəndaşlara hüquqi maarifləndirmə təlimləri keçirilib.
ASAN-dan Trend-ə verilən məlumata görə, 417 nəfər iştirakçının rəy sorğusu nəticəsində müyyən olunan sahələr üzrə (əmək, uşaq və qadın hüquqları) hazırlanmış proqramlara uyğun olaraq təlimlər aparıcı ekspertlərin və hüquqşunasların iştirakı ilə təşkil olunub.
Bu istiqamətdə maarfiləndirməyə daha çox gənclər, o cümlədən məktəblilər, ASAN könüllüləri və digər kateqoriyalara daxil olan vətəndaşlar cəlb olunub. Sözügedən layihə çərçivəsində müvafiq bölgələr üzrə ərazilərdə yaşayan vətəndaşlara 40 təlim təşkil edilib. Ümümilikdə təlimlərdə 1225 nəfər iştirak edib.
Təlimlərin keçirilməsində məqsəd vətəndaşlara ilkin hüquqi yardımın vacibliyini anlatmaq və insan hüquqlarının, o cümlədən əmək, uşaq və qadın hüquqlarının önəmini onların diqqətinə çatdırmaqdır Ekspertlər tərəfindən yetişdirilmiş 8 nəfər gənc hüquqşunas Bakı, Sumqayıt, Gəncə və Bərdə şəhərlərində 540 vətəndaşa ilkin hüquqi yardım göstərib.
Qeyd edək ki, layihə Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində həyata keçirilib. Bu layihənin icrası "ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin eksperti Sahil Məmmədli ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış "İnsan hüquqları üzrə Hüquq Klinikası" (Əmək, uşaq və qadın hüquqları üzrə xidmət mərkəzləri) adlı xidmət çərçivəsində icra olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !