Vətəndaşlar əllərində olan ilkin sənədlərlə xidmətə müraciət etməlidirlər.
Mənzillərə “ASAN Xidmət”dən kupça verilməsi prosesinə artıq başlanılıb.Virtualaz.org xəbər verir ki, “ASAN Xidmət”-in Çağrı Mərkəzindən verilən məlumata görə, mənzillərin sənədləşdirilməsi üçün rüsum 30 manatdır.Bundan əlavə, vətəndaşlar 50 kv metr sahə üçün 12 manat, əlavə hər kv metrə görə 20 qəpik xidmət haqqı ödəməlidirlər.Çağrı Mərkəzindən onu da bildiriblər ki, vətəndaşlar əllərində olan ilkin sənədlərlə xidmətə müraciət etməlidirlər.Burada onların sənədlərinə baxış keçiriləcək, əlavə sənəd tələb olunarsa vətəndaşa məlumat veriləcək.Qeyd edək ki, bu, yalnız bina evlərinə kupça almaq istəyənlər üçündür.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !